Menyu

Hindistanın şərqində daşqınlar nəticəsində 22 mindən çox insan zərər çəkib

Şəfa Hüseynli
Hindistanın şərqində daşqınlar nəticəsində 22 mindən çox insan zərər çəkib
1 dəq oxu

Son günlər Hindistanın şərqində yağan güclü yağışlar Assam və Arunaçal Pradeş ştatlarında daşqınlara, genişmiqyaslı dağıntılara səbəb olub.

Operativ Media xəbər verir ki, bu barədə "Hindustan Times" məlumat yayıb.

Assam Dövlət Fəlakətlərin İdarə Edilməsi İdarəsinin məlumatına görə, daşqınlardan ümumilikdə 22.124 nəfər zərər çəkib. Arunaçal Pradeşdə üç nəfərin öldüyü bildirilir. Axtarış-xilasetmə əməliyyatları davam edir.

Bildirilib ki, 96 kənd və 1600 hektar kənd təsərrüfatı sahəsi su altında qalıb. Evlər və yollar zədələnib. Köçkünlər müvəqqəti düşərgələrdə yerləşdiriliblər.

Əlaqəli Xəbərlər