Menyu

Mixail Qaluzin: "AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı bütün məsələləri həll etmişik"

Operativ Media
Mixail Qaluzin: "AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı bütün məsələləri həll etmişik"
1 dəq oxu

Rusiya və Azərbaycan arasında 2024-cü il dekabrın 25-də "AZAL" aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının nəticələri ilə bağlı bütün məsələlər həll edilib.

Operativ Media xəbər verir ki, bunu RTVI-yə verdiyi xüsusi müsahibəsində Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.

"Biz Azərbaycan təyyarəsinin qəzaya uğramasının nəticələri ilə bağlı bütün məsələləri tənzimləmişik. Lakin bu məsələlər, özünüz də anlayırsınız ki, ağır faciə yaşamış, əvəzolunmaz itki ilə üzləşmiş konkret insanlara aiddir. Ona görə də mən, düzünü desəm, burada təfərrüatlara varmaq istəməzdim", - deyə Mixail Qaluzin bildirib.

Əlaqəli Xəbərlər