Menyu

Qazaxıstan və Gürcüstan arasında strateji tərəfdaşlıq haqqında saziş imzalanıb

Operativ Media
Qazaxıstan və Gürcüstan arasında strateji tərəfdaşlıq haqqında saziş imzalanıb
1 dəq oxu
Gürcüstan və Qazaxıstan arasında strateji tərəfdaşlıq haqqında bəyanat imzalanıb.

Operativ Media xəbər verir ki, sənədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev qol çəkiblər.

Bununla yanaşı, Gürcüstan və Qazaxıstanın aidiyyəti qurumları arasında mədəniyyət, informasiya texnologiyaları və turizm sahələrində əməkdaşlığa dair anlaşma memorandumları da imzalanıb.

İmzalanan sənədlərin iki ölkə arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın daha da genişlənməsinə, eləcə də strateji tərəfdaşlığın möhkəmləndirilməsinə xidmət edəcəyi bildirilib.

Əlaqəli Xəbərlər