Kats: İsrail İranla müharibəni bərpa edə bilər
Operativ Media
İsrail öz ərazisinə raket zərbələri endiriləcəyi təqdirdə, İranla müharibəni "elə sabah" bərpa edə bilər
Operativ Media xəbər verir ki, bu barədə jurnalistlərə İsrailin müdafiə naziri İsrael Kats bildirib.
Onun sözlərinə görə, hərbi əməliyyatların bərpası iki ssenaridə mümkündür: ABŞ Prezidenti Donald Tramp Tehranla danışıqları nəticəsiz və tükənmiş hesab edərsə və ya İran İsrailə raket zərbəsi endirərsə.
"Əgər İran İsrailə raketlər atarsa, İsrail güclə cavab verəcək. Biz İranın İsrailə atəş açdığı heç bir vəziyyəti qəbul etməyəcəyik. Bu həmçinin ABŞ-nin diqqətinə çatdırılıb. İMQ tam hazır vəziyyətdədir, zərbə üçün hədəflər var", - Kats bildirib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net