Menyu

İran XİN: Yaxın günlərdə ABŞ ilə heç bir səviyyədə danışıqlar aparılmayacaq

Operativ Media
İran XİN: Yaxın günlərdə ABŞ ilə heç bir səviyyədə danışıqlar aparılmayacaq

İran yaxın günlərdə ABŞ ilə heç bir səviyyədə danışıqlar aparmayacaq.

Operativ Media xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İran nümayəndə heyəti dondurulmuş aktivlərlə bağlı Anlaşma Memorandumunun icrasını izləmək məqsədilə Dohaya səfər edəcək.

XİN vurğulayıb ki, ABŞ nümayəndələrinin Qətərə səfəri İran nümayəndə heyətinin səfəri ilə əlaqəli deyil.

Məlumata görə, Tehran hazırda Anlaşma Memorandumunun icrasına diqqət yetirir və tələblərinin yerinə yetirilməsi istiqamətində fəaliyyətini davam etdirir. Qeyd olunub ki, yekun saziş üzrə danışıqlar hələ başlamayıb və bu proses memorandumun bir sıra müddəalarının icrasından asılı olacaq.

İran Xarici İşlər Nazirliyi əlavə edib ki, Dohada Vaşinqtonun neft sanksiyalarının ləğvi və dondurulmuş vəsaitlərlə bağlı öhdəliklərinin icrası məsələləri müzakirə ediləcək.


Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər