Menyu

Böyük Britaniya hərbi dron istehsalına 6,6 milyard dollar xərcləyəcək

Şəfa Hüseynli
Böyük Britaniya hərbi dron istehsalına 6,6 milyard dollar xərcləyəcək
1 dəq oxu

Böyük Britaniya növbəti dörd il ərzində ölkənin Silahlı Qüvvələri üçün dron istehsalına 6,6 milyard dollar sərmayə qoyacaq.

Operativ Media xəbər verir ki, bu barəd Müdafiə naziri Den Carvis bildirib.

"Müharibənin təbiəti sürətlə dəyişir. Pilotsuz sistemlər münaqişələr üçün vacibdir. Bu texnologiyalara Böyük Britaniyanın indiyə qədər etdiyi ən böyük sərmayə - 5 milyard funt sterlinqdən (6,6 milyard dollar) çox - silahlı qüvvələrimizin effektiv olmasına və müdafiə sektorumuzdakı aparıcı şirkətləri dəstəkləməsinə kömək edəcək",- deyə nazir qeyd edib.

Böyük Britaniya Silahlı Qüvvələrinin "pilotsuz transformasiya" proqramı üçün maliyyələşdirmə hökumət tərəfindən dərc edilərək Müdafiə İnvestisiya Planına daxil ediləcək.

Əlaqəli Xəbərlər