Nazir: "Şagirdlərə süni intellekti öyrətmək üçün ilk növbədə hazırlıqlı müəllimlər yetişdirilməlidir"
"Hazırda Azərbaycanda 1,5 milyona yaxın şagirdin təhsili ilə 150 mindən çox təhsil işçisi məşğul olur və belə genişmiqyaslı tədris prosesində süni intellektin məktəblərdə tədrisi asan məsələ deyil".
Operativ Media xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev IX ADA Beynəlxalq Təhsil Konfransında çıxışı zamanı deyib.
Nazir bildirib ki, şagirdlərə süni intellekti öyrətmək üçün ilk növbədə bu sahə üzrə bilikli və hazırlıqlı müəllimlər yetişdirilməlidir:
"İstənilən təhsil sistemi üç əsas komponent – məzmun, tədris və qiymətləndirmə üzərində qurulur. Şagirdlərin bilik və bacarıqlarının hansı səviyyədə mənimsənildiyini müəyyən etmək üçün düzgün qiymətləndirmə sistemi formalaşdırılmalıdır. Təhsilin məzmununda mövcud olan çatışmazlıqların aradan qaldırılması və bu istiqamətdə islahatların davam etdirilməsi prioritet məsələlərdəndir".