Menyu

TÜRKPA-nın Baş katibi AŞPA-nın Azərbaycanla bağlı qəbul etdiyi qətnaməni pisləyib

Nərmin Qocamanlı
TÜRKPA-nın Baş katibi AŞPA-nın Azərbaycanla bağlı qəbul etdiyi qətnaməni pisləyib

Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş Katibi Ramil Həsən Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycanla bağlı qəbul etdiyi qətnaməni pisləyib.

Operativ Media xəbər verir ki, bəyanatda deyilir:

"Avropa Şurası Parlament Assambleyası (AŞPA) tərəfindən 24 iyun 2026-cı il tarixində Azərbaycana qarşı əsassız və böhtan xarakterli qətnamənin qəbul edilməsindən təəssüf hissi keçirdiyimi bildirirəm.

Son illərdə AŞPA və Avropa Parlamenti tərəfindən Azərbaycana qarşı bu cür qətnamələrin qəbul edilməsi artıq bir adət halını alıb. Bu cəhdlərin xüsusilə Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsindən sonra onu cəzalandırmaq məqsədi daşıdığı təəssüratının yaranması xüsusi narahatlıq doğurur.

İnsan hüquqları məsələlərinin siyasiləşdirilməsi və manipulyasiya edilməsi, ikili standartlar və bunlardan suveren dövlətlərə qarşı bir alət kimi istifadə olunması qəbulolunmazdır. AŞPA bunun əvəzinə öz torpaqlarını işğaldan azad etmiş, irimiqyaslı yenidənqurma və humanitar minatəmizləmə fəaliyyətləri həyata keçirən Azərbaycana dəstək nümayiş etdirməlidir. Bu cür qətnamələr qəbul etmək yerinə, Azərbaycanla həmrəylik ifadə etmək və öz mandatı çərçivəsində, digər məsələlərlə yanaşı, itkin düşmüş 4 min Azərbaycan vətəndaşının taleyinə aydınlıq gətirilməsi istiqamətindəki səylərə töhfə vermək daha konstruktiv olardı.

AŞPA da daxil olmaqla, parlament platformaları dialoq və əməkdaşlıq məkanı rolunu oynamalı olduğu halda, AŞPA Azərbaycana təzyiq göstərməyə və ölkəyə qarşı yönəlmiş fəaliyyətlərlə məşğul olmağa davam edir. Bu da eyni dərəcədə qəbulolunmazdır.

Hesab edirəm ki, parlamentlərarası əməkdaşlıq qarşılıqlı hörmət, qərəzsizlik və konstruktiv dialoq prinsiplərinə əsaslanmalıdır. Selektiv yanaşmalar və ədalətsiz qiymətləndirmələr parlament diplomatiyasının məqsədlərinə xidmət etmir.

Mən beynəlxalq parlament təsisatlarını dialoqu, qarşılıqlı anlaşmanı və beynəlxalq hüququn fundamental prinsiplərinə hörməti təşviq etməyə çağırıram".

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər