Əli Xameneinin cənazəsi İraqa aparılacaq
Operativ Media
İranın keçmiş ali rəhbəri Əli Xameneinin cənazəsi vida mərasimi üçün İraqa aparılacaq.
Operativ Media xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi brifinqdə bildirib.
Qeyd edilib ki, iki ölkənin hakimiyyət orqanları artıq mərasimlərlə bağlı məsələlər üzrə lazımi məsləhətləşmələr aparıb, İraqda İran tərəfi ilə koordinasiya üçün xüsusi komissiya yaradılıb.
Vida və dəfn mərasimlərinin təşkili üzrə qərargahın katibi Əli Əkbər Purcəmşidian mətbuat konfransında Xameneinin cənazəsinin iyulun 8-də İraqa göndəriləcəyini açıqlayıb.
İranın keçmiş ali rəhbəri ilə vida mərasimləri İraqın Kərbəla və Nəcəf şəhərlərində keçiriləcək.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net