Menyu

Kaya Kallas: Türkiyə Aİ üçün strateji tərəfdaş və üzvlüyə namizəd ölkədir

Operativ Media
Kaya Kallas: Türkiyə Aİ üçün strateji tərəfdaş və üzvlüyə namizəd ölkədir

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirdiyi görüşlə bağlı sosial media hesabında paylaşım edib.

Operativ Media xəbər verir ki, Kallas paylaşımında Türkiyənin Aİ üçün strateji əhəmiyyət daşıdığını və Birliyə üzvlüyə namizəd ölkə olduğunu vurğulayıb.

Onun sözlərinə görə, görüşdə Aİ-Türkiyə münasibətlərinin perspektivləri, qarşılıqlı əməkdaşlığın genişləndirilməsi və yaxşı qonşuluq münasibətlərinin möhkəmləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Kallas bildirib ki, tərəflər beynəlxalq və regional gündəmdə olan bir sıra məsələləri də nəzərdən keçiriblər.

“Həmçinin Rusiyanın Ukraynaya qarşı apardığı müharibəni, Yaxın Şərqdəki münaqişələri və Ankarada keçiriləcək NATO sammitinə hazırlıq məsələlərini müzakirə etdik. Türkiyə NATO-nun şərq cinahının qorunmasına mühüm töhfə verir”.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər