Menyu

İbrahim Kalın HƏMAS liderləri ilə görüşüb

Operativ Media
İbrahim Kalın HƏMAS liderləri ilə görüşüb
1 dəq oxu

Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın Misirin paytaxtı Qahirədə Fələstinin HƏMAS Hərəkatının liderləri Xalid Məşəl, Xəlil Həyya və Məhəmməd Həsənlə görüşüb.

Operativ Media xəbər verir ki, görüşdə Qəzza zolağında daimi sülh və atəşkəsə nail olunması üçün hazırlanmış yol xəritəsi müzakirə olunub.

İbrahim Kalın Qahirədə həmçinin Misir Kəşfiyyat Xidmətinin rəhbəri Həsən Mahmud Rəşadla da danışıqlar aparıb.

Əlaqəli Xəbərlər