İran ABŞ ilə raket proqramını müzakirə etməyəcəyini açıqlayıb
Operativ Media
İran raket proqramı ilə bağlı ABŞ ilə hər hansı müzakirə aparmaq niyyətində deyil.
Operativ Media xəbər verir ki, bu barədə İran İslam Şurası Məclisinin sədri Məhəmməd Bager Qalibaf bildirib.
Vurğulayıb ki, İranın hücum hərbi imkanları və raket proqramı müzakirə olunmayan mövzu olaraq qalır.
O qeyd edib ki, Tehran ABŞ ilə aparılan danışıqlarda Vaşinqtonun üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi ehtimalını nəzərə alır.
“Biz vədlərini yerinə yetirməyən tərəflə danışıqlar aparırıq”, – deyə parlament sədri bildirib.
Qalibafın sözlərinə görə, İran tərəfi ABŞ ilə təmaslarda ehtiyatlı mövqe tutur və əvvəlki təcrübələr Vaşinqtona etimadı məhdudlaşdırır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net