Menyu

İsti havalarda idman və ürək sağlamlığı: Həkim xəbərdarlıq edir

Ayşən Sadıxzadə
İsti havalarda idman və ürək sağlamlığı: Həkim xəbərdarlıq edir

İdman sağlam həyat tərzinin əsas hissəsidir. Lakin yay aylarında, xüsusilə də isti və rütubətli havada, açıq günəş altında idman etmək ürək-damar sisteminə ciddi yük yarada bilər. Bu risk hər kəs üçün mövcud olsa da, xüsusilə 40 yaşdan yuxarı insanlarda daha yüksəkdir. Çünki bu yaşdan etibarən gizli gedən ürək-damar xəstəlikləri özünü göstərməyə başlaya bilər.

Bu sözləri Operativ Media-ya açıqlamasında həkim terapevt Sübhan Hacıyev deyib. 

O bildirib ki, xüsusilə günorta saat 12:00-dan axşam 18:00-dək açıq havada edilən fiziki fəaliyyət zamanı orqanizm daha çox istiliyə məruz qalır. Nəticədə damarlar genişlənir, güclü tərləmə baş verir və bədəndən natrium, kalium, kalsium, maqnezium kimi vacib elektrolitlər itirilir:

“Maye və elektrolit balansının pozulması ürəyin daha sürətli və gərgin işləməsinə səbəb olur. Bu isə baş ağrısı, başgicəllənmə, ürəkbulanma, döş qəfəsində ağrı, sıxılma hissi, hətta huşun itirilməsi kimi əlamətlərlə özünü göstərə bilər. Belə hallara vaxtında reaksiya verilməzsə, vəziyyət həyati təhlükə yarada bilər. 

Bu fəsadlardan qorunmaq üçün idmanı səhər erkən və ya axşam saatlarında, mümkün qədər kölgəli və sərin mühitdə etmək tövsiyə olunur. Fiziki fəaliyyət zamanı kifayət qədər su qəbul edilməli, uzunmüddətli və intensiv məşqlərdə isə elektrolit itkisini kompensasiya etmək üçün mineral tərkibli içkilərdən istifadə edilə bilər. Həmçinin yay aylarında siqaret və alkoqol kimi zərərli vərdişlərdən uzaq durmaq vacibdir.

Əgər şəxs uzun müddət idman etməyibsə, xüsusilə də birdən-birə yüksək intensivlikli kardio məşqlərinə başlamağı planlaşdırırsa, əvvəlcə həkim müayinəsindən keçməsi məqsədəuyğundur. Ürək-damar sisteminin qiymətləndirilməsi, maddələr mübadiləsinin yoxlanılması, şəkərli diabet və digər risk amillərinin araşdırılması, eləcə də ümumi check-up müayinələrinin aparılması ciddi fəsadların qarşısını almaqda mühüm rol oynayır”.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər