Menyu

Yaponiya xaricə gedən səyahətçilər üçün turist vergisini üç dəfə artırıb

Şəfa Hüseynli
Yaponiya xaricə gedən səyahətçilər üçün turist vergisini üç dəfə artırıb
1 dəq oxu

Yaponiya 1 iyulda xaricə gedən turistlər üçün vergini üç dəfə artıraraq 1000 yendən 3000 yenə və ya təxminən 18 dollara çatdırıb.

Operativ Media xəbər verir ki, bu barədə "NHK" məlumat yayıb.

Bu vergini həm ölkəni tərk edən xarici səyahətçilər, həm də Yaponiya vətəndaşları özləri ödəməlidirlər. 

Yeni ödəniş 1 iyuldan etibarən alınan aviabiletlərin, kruizlərin və digər biletlərin qiymətinə əlavə olunacaq. 

Xaricə səyahət turizmi vergisi hökumətə ildə təxminən 50 milyard yen və ya 308 milyon dollar gəlir gətirib. Vergi artımının ildə təxminən 120 milyard yen və ya 739 milyon dollar əlavə gəlir gətirəcəyi gözlənilir.

Əlaqəli Xəbərlər