İran Xamenei ilə vida mərasimi zamanı 850 məhbusu əfv edəcək
İranın keçmiş ali rəhbəri Əli Xamenei ilə vida mərasimi zamanı İran hakimiyyəti yüngül cinayətlər törətmiş ən azı 850 məhbusun əfv edilməsi barədə göstəriş verib.
Operativ Media xəbər verir ki, bu barədə İranın Maliyyə Kompensasiyası üzrə Xalq Qərargahının Himayəçilər Şurasının sədri Seyid Əsədullah Culayi bildirib.
“Qəsdən törədilmiş cinayətlərdə təqsirli bilinən 850 məhbusun azadlığa buraxılmasını asanlaşdırmaq üçün bazar günü dövlət və ictimai qurumların nümayəndələri ilə keçirilən xüsusi iclasda ölkənin bütün 31 əyalətindən olan işlərə baxılıb. Nəticədə, maliyyə öhdəliklərinə görə həbs edilən 520 nəfərin, eləcə də nikah müqaviləsi ödənişləri və alimentlə bağlı işlərdə məhkum edilmiş 330 nəfərin azadlığa buraxılması barədə qərar qəbul edilib”, - deyə o qeyd edib .
Qeyd edək ki, Əli Xamenei ilə vida mərasimləri iyulun 3-də Tehranda başlayacaq. Anım mərasimində ən azı 30 ölkədən yüksək vəzifəli nümayəndə heyətləri iştirak edəcək.