Menyu

"Ukraynada hərtərəfli sülh danışıqları başlamalıdır" – Türkiyə XİN rəhbəri

Operativ Media
"Ukraynada hərtərəfli sülh danışıqları başlamalıdır" – Türkiyə XİN rəhbəri

Türkiyənin xarici işlər naziri Hakan Fidan ölkəsinin Ukraynada hərbi əməliyyatların mümkün qədər tez dayandırılmasını və tərəflər arasında hərtərəfli danışıqların başlanmasını istədiyini bildirib.

Operativ Media xəbər verir ki, o, bu açıqlamanı Qırğızıstanın xarici işlər naziri Cinbek Kulubayevlə danışıqlardan sonra keçirilən mətbuat konfransında verib

"Ukraynada davam edən müharibəni, onun nəticələrini və təhlükəli yayılma riskini müzakirə etdik. Rusiyaya son səfərimdən təəssüratlarımı və həmkarlarımızın təmaslarından sonra qiymətləndirmələrimi bölüşdüm. Bu gün bu məsələlərlə bağlı fikir mübadiləsi apardıq. Məqsədimiz və istəyimiz müharibəni mümkün qədər tez bitirmək və hərtərəfli sülh danışıqlarına başlamaqdır. Və bu məsələdə Qırğızıstanla yekdilik", - deyə o bildirib. 


Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər