Menyu

Aİ Cənubi Qafqaza 200 milyon avro qrant ayıracaq

Operativ Media
Aİ Cənubi Qafqaza 200 milyon avro qrant ayıracaq

Avropa İttifaqı Cənubi Qafqazda nəqliyyat, enerji və rəqəmsal əlaqələrin inkişafı üçün 200 milyon avroya qədər qrant ayıracaq.

Operativ Media xəbər verir ki, bunu Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatında bildirib.

“Bizim “Qlobal Şəbəkə” İnvestisiya Proqramımız var və bu proqram çərçivəsində Cənubi Qafqazda nəqliyyat, enerji və rəqəmsal əlaqələrin inkişafı üçün 200 milyon avroya qədər qrant ayıracağıq. Bu, dövlət və özəl sektordan, ümumilikdə, 2 milyard avroyadək investisiyanın cəlb edilməsinə imkan yarada bilər. Layihələrə, məsələn, Naxçıvan üzərindən dəmir yolu bağlantısının yaradılması və Bakı limanının inkişaf etdirilməsi daxil ola bilər“, - Avropa Komissiyasının Prezidenti qeyd edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər