Menyu

Türkiyədə Ukraynaya məxsus olduğu bildirilən PUA qəzaya uğrayıb

Operativ Media
Türkiyədə Ukraynaya məxsus olduğu bildirilən PUA qəzaya uğrayıb
Türkiyənin Trabzon şəhərində Ukraynaya məxsus olduğu bildirilən pilotsuz uçuş aparatı (PUA) qəzaya uğrayıb.

Operativ Media İHA agentliyinə istinadən xəbər verir ki, hadisə Vakfıkebir rayonunda baş verib. PUA ağaca çırpıldıqdan sonra sıradan çıxıb.

Hadisə yerinə cəlb olunan mütəxəssislər aparatın üzərində apardıqları baxış zamanı onun 5 kiloqram partlayıcı maddə ilə təchiz olunduğunu müəyyən ediblər.

Faktla bağlı Türkiyənin hüquq-mühafizə orqanları araşdırma aparır.

Qeyd edək ki, PUA-nın Ukraynaya məxsus olduğu bildirilsə də, bu barədə hələlik rəsmi təsdiq verilməyib.
Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər