Menyu

İsrail HƏMAS-ın daha bir komandirini zərərsizləşdirib

Operativ Media
İsrail HƏMAS-ın daha bir komandirini zərərsizləşdirib

İsrail Müdafiə Qüvvələri (İMQ) Qəzza zolağında keçirilən əməliyyat zamanı HƏMAS-ın silahlı qanadının tağım komandiri Adel Asfurun öldürüldüyünü açıqlayıb.

Operativ Media xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Asfur Qəzza zolağının cənubunda HƏMAS-ın hərbi strukturlarından birində tağım komandiri kimi fəaliyyət göstərib.

İMQ-nin iddiasına əsasən, o, münaqişə dövründə İsrail hərbçilərinə qarşı snayper hücumlarının və partlayıcı qurğularla həyata keçirilən əməliyyatların planlaşdırılması və icrasında iştirak edib.

Açıqlamada həmçinin qeyd olunub ki, Adel Asfur son dövrlərdə HƏMAS-ın hərbi potensialının bərpası istiqamətində fəaliyyət göstərir və Qəzza zolağında əməliyyat aparan İsrail qüvvələri üçün təhlükə hesab olunurdu.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər