ABŞ helikopteri qəza enişi edib
Operativ Media
ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus "MH-60S Seahawk" helikopteri Ərəb dənizinə məcburi eniş edib.
Operativ Media xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) "X" sosial şəbəkəsində məlumat yayıb.
Bildirilib ki, "USS George H.W. Bush" aviadaşıyıcısına təhkim olunmuş "MH-60S Seahawk" helikopteri iyulun 1-də Ərəb dənizinə məcburi eniş edib.
Helikopterin dörd ekipaj üzvündən üçü xilas edilərək aviadaşıyıcının göyərtəsinə çatdırılıb.
Onların vəziyyətinin stabil olduğu qeyd edilir.
Hazırda dördüncü hərbçinin axtarışları ABŞ Hərbi Dəniz Qüvvələrinin xilasedici qrupları tərəfindən davam etdirilir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net