Menyu

Kiyevdə matəm günü elan edilib

Operativ Media
Kiyevdə matəm günü elan edilib

3 iyul Ukraynanın paytaxtı Kiyevdə matəm günü elan edilib.

Operativ Media xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko "Telegram" kanalında bildirib.

O qeyd edib ki, sabah Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin xatirəsinə matəm günü elan edilib.

"Bu gün şəhərdəki bütün bələdiyyə binalarında bayraqlar endiriləcək. Həmçinin dövlət və özəl mülkiyyətdə olan binalarda dövlət bayraqlarının endirilməsi tövsiyə olunur. 3 iyulda şəhərdə hər hansı əyləncə tədbirləri qadağandır.

Paytaxtın Darnitski rayonundakı zədələnmiş binada axtarış-xilasetmə əməliyyatı davam edir. Dağıntılar altında hələ də insanlar axtarılır", - paylaşımda qeyd edilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər