Menyu

Səfirlik: Son bir il ABŞ–Azərbaycan münasibətləri tarixi olub

Operativ Media
Səfirlik: Son bir il ABŞ–Azərbaycan münasibətləri tarixi olub

ABŞ-nin Azərbaycandakı səfirliyi son bir ildə ABŞ–Azərbaycan münasibətlərinin tarixi olduğunu qeyd edib.

Operativ Media xəbər verir ki, bu barədə səfirlik sosial media hesabında paylaşım edib.

"ABŞ-nin Azərbaycandakı müvəqqəti işlər vəkili Emi Karlon və ABŞ-nin Azərbaycandakı səfirliyi Azərbaycanın hər yerindən olan dostlarımız və tərəfdaşlarımızla birlikdə Amerikanın müstəqilliyinin 250 illiyini qeyd etdi. Son bir il ABŞ–Azərbaycan münasibətləri üçün həqiqətən tarixi olub – 2025-ci ilin avqustunda Prezident Trampın Ağ Evdə keçirdiyi tarixi Zirvə görüşündən başlayaraq, 2026-cı ilin fevralında Vitse-Prezident Vensin Bakıya səfəri və ABŞ–Azərbaycan Strateji Tərəfdaşlığının imzalanmasına qədər bir çox mühüm hadisələr baş verib. Çıxışlarında Müvəqqəti işlər vəkili Karlon və fəxri qonağımız, Baş nazirin müavini Samir Şərifov ABŞ–Azərbaycan tərəfdaşlığının daha da möhkəmləndirilməsinə olan ortaq sadiqliyi vurğuladılar", - paylaşımda qeyd edilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər