Ermənistanda zəlzələ olub
Operativ Media
Ermənistanın şimal-şərqində yerləşən İcevan şəhəri yaxınlığında zəlzələ qeydə alınıb.
Operativ Media xəbər verir ki, yeraltı təkanların episentri İcevandan 14 kilometr şimalda yerləşib.
Zəlzələnin maqnitudası 2,4 olub.
Məlumata görə, episentrdə təkanların gücü 3 bal təşkil edib. Zəlzələ İcevanla yanaşı, Tavuş vilayətinin Açacur, Haştarak və Sevkar kəndlərində də 2-3 bal gücündə hiss olunub.
Hadisə nəticəsində dağıntı və ya xəsarət alanlar barədə məlumat verilməyib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net