Menyu

Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı 25-ə çatıb - YENİLƏNİB

Operativ Media
Rusiyanın Kiyevə hücumu nəticəsində ölənlərin sayı 25-ə çatıb - YENİLƏNİB

Rusiyanın Kiyevə endirdiyi son hücum nəticəsində həlak olanların sayı artaraq 25 nəfərə çatıb.

Operativ Media xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko məlumat verib.

Onun sözlərinə görə, Darnitsa rayonundakı dağıntılar altında axtarış-xilasetmə işləri davam edir. Həmin ərazidə indiyədək daha beş nəfərin meyiti aşkarlanıb, səkkiz nəfərlə isə hələ də əlaqə saxlamaq mümkün olmayıb.

Tkaçenko bildirib ki, xilasedicilər dağıntılar tam təmizlənənədək fasiləsiz işləyəcəklər. O, axtarışlar zamanı həlak olanların sayının daha da arta biləcəyini istisna etməyib.

20:07

Rusiyanın iyulun 2-nə keçən gecə Kiyevə endirdiyi kütləvi zərbələr nəticəsində həyatını itirənlərin sayı artıb.

Operativ Media xəbər verir ki, bu barədə Kiyev Şəhər Dövlət Administrasiyasının rəisi Timur Tkaçenko məlumat verib.

Onun sözlərinə görə, son məlumatlara əsasən, hücum nəticəsində həlak olanların sayı 22 nəfərə yüksəlib.

Xilasedicilər dağıntılar altında axtarış-xilasetmə işlərini davam etdirirlər.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər