Menyu

Türkiyə Dəməşqdəki terror hücumunu pisləyib

Operativ Media
Türkiyə Dəməşqdəki terror hücumunu pisləyib

Türkiyə Xarici İşlər Nazirliyi Suriyanın paytaxtı Dəməşqin Hicaz rayonunda baş vermiş və insan tələfatına səbəb olmuş hücumu kəskin şəkildə pisləyib.

Operativ Media xəbər verir ki, bu barədə nazirliyin yaydığı bəyanatda bildirilib.

Qeyd olunub ki, Suriyada sabitlik və təhlükəsizliyin bərqərar olunması istiqamətində əldə edilən irəliləyişə zərbə vurmağı, həmçinin ictimai asayişi pozmağı hədəfləyən bu cür hücumlar qəbuledilməzdir.

Türkiyə XİN vurğulayıb ki, bu cür təxribatlara ən layiqli cavab Suriyada birlik və həmrəyliyini qoruyan xalq tərəfindən veriləcək.

Son məlumata əsasən, Dəməşqin Hicaz rayonunda törədilən hücum nəticəsində 5 nəfər həlak olub, 16 nəfər yaralanıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər