Menyu

Türkiyədə 1 tondan çox narkotik vasitə aşkarlanıb

Operativ Media
Türkiyədə 1 tondan çox narkotik vasitə aşkarlanıb

İstanbul (Türkiyə) və digər şəhərlərdə keçirilən əməliyyatlarda 1 ton 45 kiloqram narkotik vasitə və 173 min 9 ədəd narkotik tərkibli həb aşkarlanıb.

Operativ Media xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Məlumata görə, İstanbul Polis İdarəsinin Narkotik Cinayətlərlə Mübarizə Şöbəsinin əməkdaşları iyunun 15-30-da İstanbul, Tekirdağ, Gümüşhane və Kocaelidə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan cinayətkar qruplara və küçə satıcılarına qarşı əməliyyatlar keçiriblər.

Əməliyyatlar zamanı 80 şübhəli saxlanılıb.

Onlardan 26-sı barəsində həbs qətimkan tədbiri seçilib. Digər 54 nəfərlə bağlı araşdırmalar davam edir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər