Menyu

Hakan Fidan: NATO yeni mərhələyə qədəm qoyur

Operativ Media
Hakan Fidan: NATO yeni mərhələyə qədəm qoyur

Türkiyənin xarici işlər naziri Hakan Fidan NATO-nun fəaliyyətində yeni mərhələnin başlandığını və alyansın strateji yanaşmasında mühüm dəyişikliklərin gözlənildiyini bildirib.

Operativ Media xəbər verir ki, Hakan Fidan bu barədə CNN Türk telekanalına müsahibəsində danışıb.

Nazirin sözlərinə görə, müxtəlif regionlarda artan təhlükəsizlik riskləri və dəyişən iqtisadi proseslər fonunda NATO üzvlərinin Ankarada bir araya gələrək ortaq mövqe formalaşdırması xüsusi əhəmiyyət daşıyır.

Fidan qeyd edib ki, sammitdə "NATO 3.0" adlandırılan yeni strateji konsepsiyanın qəbul olunacağı gözlənilir.

O bildirib ki, yeni model çərçivəsində Avropanın təhlükəsizlik sistemində məsuliyyət bölgüsü yenidən müəyyənləşdiriləcək. ABŞ-ın Avropanın müdafiəsində daşıdığı əsas yükün bir hissəsinin müttəfiq ölkələr arasında bölüşdürülməsi, Avropa dövlətləri və Kanadanın müdafiə xərclərini artırması, həmçinin hərbi potensialını gücləndirməsi nəzərdə tutulur.

Türkiyəli nazir vurğulayıb ki, bu yanaşma NATO-nun dəyişən qlobal təhlükəsizlik mühitinə daha çevik uyğunlaşmasına xidmət edəcək.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər