Menyu

Tramp: ABŞ İranla danışıqlarda demək olar ki, bütün məqsədlərinə çatıb

Operativ Media
Tramp: ABŞ İranla danışıqlarda demək olar ki, bütün məqsədlərinə çatıb

ABŞ İranla aparılan danışıqlarda demək olar ki, bütün məqsədlərinə nail olub.

Operativ Media xəbər verir ki, bu barədə iyulun 2-də ABŞ Prezidenti Donald Tramp bəyan edib.

​CNBC telekanalına müsahibə verən Tramp, "Biz danışıqlar aparırıq. Mənə elə gəlir ki, onlar ehtiyacımız olan hər şeylə demək olar ki, razılaşıblar", - deyə vurğulayıb.

​Bununla yanaşı, Ağ Ev rəhbəri İrana qarşı illərlə davam edəcək hərbi kampaniya yürütmək niyyətində olmadığını əminliklə bildirib. Teleaparıcı onu ABŞ-nin daha bir "bitməyən müharibəyə" – bu dəfə İranla müharibəyə cəlb olunmasının qarşısını alan praqmatik siyasətçi kimi xarakterizə edəndə Tramp, "Bu, həqiqətdir! Bu, həqiqətdir!" – deyə bildirib. ABŞ Prezidenti daha sonra əlavə edib: "Biz 19 ildir Vyetnamdayıq. 10 ilə yaxındır Əfqanıstandayıq. Koreyada da əbədi bir müharibə apardıq. Birinci və İkinci Dünya müharibələrini heç xatırlamaq da istəmirəm. Biz bu müharibələrin hər birində uzun illər qaldıq. Burada isə mən cəmi dörd aydır varam. Bəs mən nəyə nail oldum? Onları hərbi cəhətdən darmadağın etdim".

​Qeyd edək ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı müharibəyə başlayıblar. İyun ayında Vaşinqton və Tehran bütün cəbhələrdə, o cümlədən Livanda hərbi əməliyyatların dərhal dayandırılmasını nəzərdə tutan anlaşma memorandumu imzalayıblar. Daha sonra İsveçrənin Bürgenştok kurortunda Doha və İslamabadın vasitəçiliyi ilə memorandumun icrasına dair ABŞ və İran arasında danışıqlar keçirilib. Pakistan və Qətərin danışıqların birinci mərhələsinin yekunlarına dair birgə bəyanatında qeyd olunduğu kimi, İran və ABŞ nümayəndələrinin iştirakı ilə baş tutan görüş müsbət və konstruktiv atmosferdə keçib, ümidverici irəliləyiş qeydə alınıb, o cümlədən növbəti texniki məsləhətləşmələrin aparılması üçün zəmin yaradılıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər