Menyu

NATO-nun müdafiə bankı yaradılır

Şəfa Hüseynli
NATO-nun müdafiə bankı yaradılır
1 dəq oxu

Kanadanın Baş naziri Mark Karni NATO-nun Türkiyədə keçiriləcək sammitində yeni müdafiə bankının yaradılmasını elan edəcək.

Operativ Media xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Bildirilib ki, kredit verən qurum NATO ölkələrinə və onların müttəfiqlərinə hərbi layihələri maliyyələşdirmək üçün aşağı faizli kreditlər vermək məqsədilə 133 milyard dollara qədər vəsait toplamaqla ittifaq üzvlərinin müdafiə qabiliyyətlərini gücləndirməyi hədəfləyir. Kanadanın ilkin töhfəsinin 1,7 milyard dollar olacağı gözlənilir. Reuters-in məlumatına görə, təxminən 10 NATO ölkəsi yeni bankın təsisçi üzvləri olacaq.

Əlaqəli Xəbərlər