Menyu

Hikmət Hacıyev Ceffri Saks ilə danışıqlar aparıb

Operativ Media
Hikmət Hacıyev Ceffri Saks ilə danışıqlar aparıb

Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Kolumbiya Universitetinin Dayanıqlı İnkişaf Mərkəzinin direktoru Ceffri Saks ilə danışıqlar aparıb.

Operativ Media xəbər verir ki, bu barədə Hikmət Hacıyevin "X" sosial media hesabında paylaşım edilib.

"Bakıya səfəri çərçivəsində dünyaşöhrətli iqtisadçı professor Ceffri Saks ilə maraqlı bir müzakirəmiz oldu. Həmçinin Xəzər regionu konsepsiyası, Azərbaycanın orta güc kimi artan rolu, sülh gündəliyimiz və regionun taleyinin region ölkələri tərəfindən müəyyənləşdirilməsinin əhəmiyyəti barədə fikir mübadiləsi apardıq. Onun Şərq–Qərb marşrutu boyunca elektrik avtomobilləri ilə həyata keçirilən "Marco Polo – Drive of Peace" təşəbbüsü dialoqun, əməkdaşlığın və qarşılıqlı əlaqələrin təşviqi baxımından ilhamverici nümunədir", - paylaşımda qeyd olunub.



Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər