Menyu

Cevdet Yılmaz İran prezidenti ilə görüşüb

Operativ Media
Cevdet Yılmaz İran prezidenti ilə görüşüb
1 dəq oxu

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz İranın ali rəhbəri Əli Xameneinin vida mərasimində iştirak etmək üçün İrana səfər edib.

Səfər çərçivəsində o Tehranda İran Prezidenti Məsud Pezeşkianla görüşüb.

Operativ Media xəbər verir ki, bu barədə Cevdet Yılmaz sosial media hesabında paylaşım edib.

"Ankara regionda sülh və sabitliyin möhkəmləndirilməsi, dialoq kanallarının gücləndirilməsi və müharibədən sonrakı normallaşma prosesinə dəstək göstərilməsi istiqamətində səylərini davam etdirəcək. İranla iqtisadiyyat, ticarət, energetika, nəqliyyat və digər sahələrdə ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi üçün birgə fəaliyyət davam etdiriləcək", - C.Yılmaz qeyd edib.

Əlaqəli Xəbərlər