Menyu

Rizvan Nəbiyev: “AŞPA-nın selektiv yanaşması insan hüquqlarının universallığı prinsipinə ziddir”

Operativ Media
Rizvan Nəbiyev: “AŞPA-nın selektiv yanaşması insan hüquqlarının universallığı prinsipinə ziddir”

AŞPA Prezidenti Petra Bayrın Azərbaycana dair səsləndirdiyi fikirlər ilk baxışdan “qanuni aliliyin” pərdəsi altında “insan hüquqları müdafiəsi" kimi təqdim olunsa da, son 30 ilin təcrübəsi Assambleyanın Cənubi Qafqaz məsələlərində ardıcıl və obyektiv mövqe sərgiləyə bilmədiyini göstərir.

Operativ Media xəbər verir ki, bu sözləri deputat, siyasi elmlər doktoru Rizvan Nəbiyev bildirib

Onun sözlərinə görə, uzun illər ərzində AŞPA beynəlxalq hüququ kobud şəkildə pozaraq Azərbaycan ərazilərini işğal altında saxlayan Ermənistan ilə işğala məruz qalan Azərbaycan arasında süni "tarazlıq" yaratmağa çalışmaqla öz imicinə, ən mühümü qarşlılıqlı etimada ciddi zərbələr vurdu. İşğalçı ilə işğal qurbanına eyni, “balanslaşdırılmış” yanaşma beynəlxalq hüququn mahiyyətinə zidd olmaqla yanaşı, Azərbaycanın Avropa institutlarına etimadını da ciddi şəkildə sarsıtdı:

"Azərbaycan 2020-ci ildə öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməklə BMT Nizamnaməsinin, Helsinki Yekun Aktının uzun illər ərzində pozulmuş fundamental prinsiplərinin icrasını faktiki olaraq təmin etdi. 

Qanunun aliliyini öz fəaliyyətinin əsas prinsipi kimi təqdim edən AŞPA-dan gözlənilən məhz bu reallığı obyektiv qiymətləndirmək idi. Lakin Assambleya öz qəzərli yanaşmasını dəyişmədi, yeni sisyasi və hüquqi reallıqları əməkdaşlıq üçün əsasa çevirə bilmədi. AŞPA əvvəlki siyasi stereotipləri modifikasiya olunmuş şəkildə, ayrı-ayrı marginal qüvvələrin maraqlarına uyğun davam etdirdi.

Ərazilərin işğaldan azad edilməsindən sonra əksinə AŞPA Azərbaycana qarşı hücumları artırdı. Bu da AŞPA-dakı dairələrin Azərbaycana olan real münasibətini əks etdirir, ortada olan fəaliyyətlər də bunu təsdiqəyir.

Bunun ən bariz nümunələrindən biri Azərbaycanda ağır hərbi cinayətlər, terror əməllərində, müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərdə ittiham olunan bəzi şəxslərin Avropa institutlarında "siyasi məhbus" kimi təqdim edilməsidir. Bu yanaşma beynəlxalq humanitar hüququn və cinayət ədalətinin prinsipləri ilə uzlaşmır, Azərbaycanda minlərlə müharibə qurbanının hüquqlarına hörmətsizlik kimi qiymətləndirilir. 

Digər mühüm məqam ondan ibarətdir ki, AŞPA uzun illər ərzində Azərbaycanın bir milyona yaxın qaçqın və məcburi köçkünün fundamental hüquqlarının pozulmasına, etnik təmizləməyə, yaşayış məntəqələrinin tamamilə dağıdılmasına, mədəni irsin məhv edilməsinə və minlərlə itkin düşmüş şəxsin taleyinə münasibətdə eyni səviyyədə prinsipial mövqe nümayiş etdirməyib. Bu selektiv yanaşma insan hüquqlarının universallığı prinsipinə ziddir.

Azərbaycanın AŞPA ilə münasibətlərində əsas problem dialoqun olmaması deyil, dialoqa yanaşmanın mahiyyətidir. Bərabərhüquqlu tərəfdaşlıq qarşılıqlı hörmət, suverenliyə ehtiram və beynəlxalq hüququn bütün dövlətlər üçün eyni şəkildə tətbiq edilməsini tələb edir. Azərbaycan dəfələrlə bəyan edib ki, Avropa Şurasının əsasında dayanan dəyərlə üzrə konstruktiv dialoqa açıqdır. Lakin bu dialoq qarşılıqlı hörmət əsasında qurulmalı, ikili standartlardan uzaq olmalı və regionda yaranmış yeni siyasi, hüquqi reallıqları nəzərə almalıdır. Təzyiq dili, siyasi şərtləndirmə və selektiv yanaşma isə zəiflədilmiş etimadı bir az da sarsıdır.

Nəzərə almaq lazımdır ki, Azərbaycan dövlət suverenliyini bərpa etməklə, həm də 30 il ərzində işğal altında pozulmuş fundamental insan hüquqlarının bərpası üçün hüquqi və faktiki şərait yaratdı. Dövlət orqanlarının həmin ərazilərdə yurisdiksiyasının bərpası məhz qanunun aliliyinin təmin olunması deməkdir. Bu reallığın AŞPA tərəfindən fəaliyyətində hələ də nəzərə alınmaması Assambleyanın obyektivliyi ilə bağlı suallar doğurur.

Əgər Avropa Şurası Azərbaycanla münasibətləri həqiqətən normallaşdırmaq istəyirsə, ilk növbədə selektiv yanaşmadan imtina etməli, və Azərbaycanla siyasi ultimatumlar deyil, qarşılıqlı etimad və bərabərhüquqlu tərəfdaşlıq prinsipləri əsasında dialoq qurmalıdır".


Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər