İran və Gürcüstan prezidentləri arasında görüş olub
Operativ Media
Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Tehranda iranlı həmkarı Məsud Pezeşkian ilə görüşüb.
Operativ Media xəbər verir ki, bu barədə Gürcüstan mediası məlumat yayıb.
Məlumata görə, görüşdə iki ölkə arasındakı mehriban qonşuluq münasibətləri və ikitərəfli əməkdaşlıq gündəliyi müzakirə olunub. Əsas diqqət regionda sülh və sabitliyin bərqərar olmasının əhəmiyyətinə yönəldilib.
Tərəflər Gürcüstan və İran arasında qarşılıqlı hörmətə, bir-birinin suverenliyi və milli maraqlarının nəzərə alınmasına əsaslanan əməkdaşlığı vurğulayıblar.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net