Fransızların 70%-dən çoxu Makrona etibar etmir - SORĞU
Fransa sakinlərinin mütləq əksəriyyəti Prezident Emmanuel Makrona ölkə lideri kimi etimad göstərmir.
Operativ Media xəbər verir ki, bu barədə "Elabe" sosioloji şirkətinin "Echos" qəzeti üçün keçirdiyi rəy sorğusunun nəticələrində qeyd olunub.
Araşdırmaya əsasən, fransalıların yalnız 23%-i Makronun ölkənin üzləşdiyi cari problemləri həll etmək qabiliyyətinə inanır.
Respondentlərin 71%-i dövlət başçısına inanmadığını qeyd edib, 6%-i isə bu məsələdə rəy bildirməkdə çətinlik çəkib.
Sorğu nəticələrində hökumət rəhbərinə qarşı da narazılığın yüksək olduğu bəlli olub.
Belə ki, Fransa vətəndaşlarının 64%-i Baş nazir Sebastyan Lekornuya etibar etmədiyini bildirib, onun fəaliyyətini dəstəkləyənlər isə cəmi 25% təşkil edib.
Qeyd edək ki, sözügedən onlayn sorğu 30 iyun - 1 iyul tarixlərində, 18 yaşdan yuxarı 1000 nəfər arasında keçirilib. Sorğunun statistika xətası 1,4-3,1 faiz aralığında qiymətləndirilir.