Menyu

Vaşinqton Polşanı mümkün Rusiya hücum ssenariləri barədə məlumatlandırıb

Operativ Media
Vaşinqton Polşanı mümkün Rusiya hücum ssenariləri barədə məlumatlandırıb

ABŞ yaxın aylarda Rusiyanın Polşanın kritik infrastrukturuna qarşı mümkün təxribatlar törədə biləcəyi ilə bağlı Varşavanı xəbərdar edib.

Operativ Media xəbər verir ki, bu barədə "The Telegraph" qəzeti Polşa Prezidenti Karol Navrotskiyə yaxın mənbələrə istinadən məlumat yayıb.

Mənbələrin sözlərinə görə, Vaşinqton Polşa tərəfini Rusiyanın NATO-nun şərq cinahına yönəlmiş mümkün hərbi planları barədə mütəmadi məlumatlandırır.

Bildirilib ki, Qərb ölkələri mümkün ssenarilər arasında Polşadakı elektrik stansiyalarına pilotsuz uçuş aparatları ilə hücumları, Kalininqrad vilayəti və ya Belarus ərazisindən həyata keçirilə biləcək hibrid əməliyyatları nəzərdən keçirirlər. Ən radikal ehtimallardan biri kimi isə Rusiya və ya Belarus hərbçilərinin təsadüfən Polşa ərazisinə daxil olması göstərilir.

Nəşrin yazdığına görə, belə insidentlərin əsas məqsədi Qərbin Ukraynaya göstərdiyi hərbi dəstəyi zəiflətmək və ya dayandırmaq ola bilər.

Xatırladaq ki, bundan əvvəl Rusiyanın ATƏT yanında daimi nümayəndəsi Dmitri Polyanski 2030-cu ilədək Rusiya ilə Avropa arasında münaqişənin baş verməsi ehtimalını istisna etmədiyini bildirmişdi.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər