Menyu

Azərbaycan nümayəndə heyəti Seyid Əli Xameneinin vida mərasimində iştirak edib

Operativ Media
Azərbaycan nümayəndə heyəti Seyid Əli Xameneinin vida mərasimində iştirak edib

Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi Azərbaycan Respublikasının nümayəndə heyəti iyulun 3-də İran İslam Respublikasının sabiq Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin vida mərasimində iştirak etmək üçün bu ölkəyə səfərə gedib.

Bu barədə Operativ Media-ya Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, Tehranın Mehrabad beynəlxalq hava limanında nümayəndə heyətini İran İslam Şurası Məclisi sədrinin müavini Əli Nikzad, ölkəmizin İrandakı səfiri Əli Əlizadə və protokol əməkdaşları qarşılayıblar.

Sonra spiker Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan Respublikasının nümayəndə heyəti Tehranın Mosallah kompleksində keçirilən vida mərasimində iştirak edib.

Tədbirdə Milli Məclisin sədri İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian, İran İslam Respublikası İslam Şurası Məclisinin sədri Məhəmməd Baqer Qalibaf və digər rəsmilərlə görüşərək, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından başsağlığı ifadə edib, Azərbaycan xalqının dərin hüzn və ehtiramını İran xalqına çatdırıb.

Qeyd edək ki, Azərbaycan nümayəndə heyətinin tərkibinə Baş nazirin müavini Şahin Mustafayev, Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov, xarici işlər nazirinin müavini Samir Şərifov, Naxçıvan Muxtar Respublikasının Baş naziri Cabbar Musayev və digər rəsmilər daxildir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər