Menyu

Şahbaz Şərif Türkiyəyə səfər edəcək

Operativ Media
Şahbaz Şərif Türkiyəyə səfər edəcək

Pakistanın Baş naziri Şahbaz Şərif iyulun 4-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə işgüzar səfər edəcək.

Operativ Media xəbər verir ki, bu barədə məlumatı Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi yayıb.

Məlumata görə, səfər çərçivəsində keçiriləcək görüşlərdə Türkiyə ilə Pakistan arasında münasibətlər bütün istiqamətlər üzrə nəzərdən keçiriləcək.

Tərəflər, əsasən ticarət və investisiya sahələrində əməkdaşlığın inkişafı, həmçinin regional və qlobal proseslər ətrafında fikir mübadiləsi aparacaqlar.

Səfər çərçivəsində Türkiyə-Pakistan Biznes Forumunun keçirilməsi də nəzərdə tutulub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər