Menyu

Türkiyədən İraqa gedən sərnişin avtobusu qəza edib

Operativ Media
Türkiyədən İraqa gedən sərnişin avtobusu qəza edib
1 dəq oxu

Türkiyədən İraqa yola düşən sərnişin avtobusu qəzaya uğrayıb.

Operativ Media xəbər verir ki, bu barədə DHA agentliyi məlumat yayıb.

Bildirilib ki, hadisə Ankara–Niğdə avtomobil yolunun Aksaray şəhəri yaxınlığından keçən hissəsində baş verib. İlkin məlumata əsasən, sürücü idarəetməni itirib və avtobus yoldan çıxaraq aşıb.

Avtobusda olan 37 sərnişin, iki sürücü və bir bələdçi müxtəlif dərəcəli xəsarətlər alaraq Aksaraydakı xəstəxanalara yerləşdiriliblər.

Nəticədə 40 nəfər xəsarət alıb.

Məlumata görə, yaralananlar arasında azyaşlılar da var.

Əlaqəli Xəbərlər