Pezeşkian Rusiyaya təşəkkür edib
İran Prezidenti Məsud Pezeşkian Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedevə təşəkkürünü ifadə edib.
Operativ Media xəbər verir ki, bu barədə İran Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Pezeşkian Rusiya hökuməti və xalqının İrana nümayiş etdirdiyi həmrəylik və dəstəyi yüksək qiymətləndirib.
Görüş zamanı tərəflər ikitərəfli münasibətləri də müzakirə ediblər.
İran Prezidenti iqtisadiyyat, logistika və regional əməkdaşlıq sahələrində strateji tərəfdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.
Qeyd edək ki, Dmitri Medvedev İrana ölkənin keçmiş ali dini lideri ayətullah Əli Xamenei ilə vida mərasimində iştirak etmək üçün səfər edib. Mərasim iyulun 3-də xarici nümayəndə heyətlərinin və ictimai-siyasi xadimlərin iştirakı ilə keçirilib.