Menyu

ABŞ səfirliyi Azərbaycana təşəkkür edib

Operativ Media
ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
1 dəq oxu

ABŞ səfirliyi Birləşmiş Ştatların müstəqilliyinin 250 illiyi münasibətilə Heydər Əliyev Mərkəzinin ölkə bayrağının qırmızı, ağ və mavi rəngləri ilə işıqlandırılmasına görə Azərbaycana təşəkkür edib.

Operativ Media xəbər verir ki, bu barədə səfirliyin sosial media hesabında paylaşım edilib.

Bildirilib ki, bu təşəbbüs böyük məmnunluq və minnətdarlıq hissi ilə qarşılanıb:

"Bu görüntü ABŞ-Azərbaycan dostluğunun otuz ildən artıq tarixinin gözəl rəmzi və avqustun 8-dən bəri birlikdə əldə etdiyimiz irəliləyişin xatırlatmasıdır".

Əlaqəli Xəbərlər