Menyu

İsrailin Qəzzaya hücumları nəticəsində 7 fələstinli həlak olub

Operativ Media
İsrailin Qəzzaya hücumları nəticəsində  7 fələstinli həlak olub
1 dəq oxu

Son 48 saat ərzində Qəzza zolağında İsrailin hücumları nəticəsində yeddi fələstinli həlak olub, dağıntılar altından isə doqquz qurbanın cəsədi çıxarılıb.

Operativ Media xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi bildirib.

Nazirliyin məlumatına görə, İsrail ordusunun atəşkəsi pozması nəticəsində 2025-ci ilin oktyabr ayından bəri 1066 nəfər həlak olub, 3445 nəfər yaralanıb.

İsrailin 2023-cü ilin oktyabr ayından bəri davam edən hərbi hücumu nəticəsində ölənlərin ümumi sayı 73.090-a, yaralıların sayı isə 173.553-ə çatıb.

Əlaqəli Xəbərlər