Menyu

Ermənistan məhkəməsi parlament seçkilərinin nəticələrinin ləğvi tələbini rədd edib

Operativ Media
Ermənistan məhkəməsi parlament seçkilərinin nəticələrinin ləğvi tələbini rədd edib

Ermənistanın Konstitusiya Məhkəməsi müxalifətin 7 iyun parlament seçkilərinin yekunlarının şikayət edilməsi ilə bağlı iddialarını rədd edib.

Operativ Media xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Qeyd olunur ki, məhkəmənin qərarı ilə Ermənistan Mərkəzi Seçki Komissiyasının (MSK) səsvermənin nəticələri barədə qərarı qüvvədə qalır. Dəqiqləşdirilir ki, işə baxılması altı gün davam edib və təxminən 50 saat məhkəmə iclası çəkib.

Xatırladaq ki, seçkilərin nəticələrini ləğv etmək və ya ikinci tur təyin etmək tələbi ilə "Güclü Ermənistan" və "Ermənistan" blokları, həmçinin "Yeni güc", "Respublika naminə", "Çiçəklənən Ermənistan", "Birlik qanadları" və "Demokratiya, qanun, nizam-intizam" partiyaları müraciət edib. Onlar təkid edirdilər ki, seçkilər zamanı sistemli və kütləvi pozuntulara yol verilib.

İyunun 7-də Ermənistanda parlament seçkiləri keçirilib. Bülletenlərin 100%-nin hesablanması yekunlarına görə, Paşinyanın "Mülki müqavilə" partiyası seçicilərin 49,83% səsini toplayıb ki, bu da ona təkbaşına hökumət formalaşdırmaq hüququ verir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər