KİV: Uitkoff və Kuşner avqustun sonunadək Rusiyaya səfər edə bilərlər
ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff və Trampın kürəkəni Cared Kuşner avqustun sonunadək Rusiyaya səfər edə bilərlər, lakin dəqiq tarixlər hələlik məlum deyil.
Operativ Media xəbər verir ki, bu barədə TASS agentliyinə etibarlı mənbə məlumat verib. Agentliyin həmsöhbəti bildirib: “Ola bilsin ki, yayın sonuna qədər reallaşsın, lakin dəqiq tarixlər yoxdur”.
Bundan əvvəl “The New York Times” (NYT) qəzeti öz mənbələrinə istinadən Uitkoff və Kuşnerin münaqişənin nizamlanması məsələləri ilə bağlı Rusiya və Ukraynanın rəsmi şəxsləri ilə hər gün əlaqə saxladıqlarını xəbər vermişdi.
Yaxın Şərqdə vəziyyətin müəyyən dərəcədə sabitləşməsi fonunda son vaxtlar Uitkoff və Kuşnerin Ukrayna böhranının nizamlanmasında vasitəçilik fəaliyyətinə qayıtması ehtimalı barədə bir neçə dəfə məlumat yayılsa da, səfərlərin dəqiq tarixləri hələ ki açıqlanmayıb.