Menyu

NATO-nun Ankara sammitində nələr müzakirə olunacaq?

Operativ Media
NATO-nun Ankara sammitində nələr müzakirə olunacaq?

7-8 iyul tarixlərində Ankarada keçiriləcək NATO sammitinin əsas mövzuları Avro-Atlantik bölgəsi, Ukrayna və alyansın cənub cinahına yönəlmiş təhdid və çağırışlar olacaq.

Operativ Media xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran bildirib.

B. Duran qeyd edib ki, zirvə toplantısında hərtərəfli yanaşma çərçivəsində aşağıdakı məsələlər qiymətləndiriləcək və fikir mübadiləsi aparılacaq:

Müdafiə büdcələri: Müdafiə xərclərinin artırılması qərarına uyğun olaraq atılan addımlar;

Çəkindirmə və müdafiə: Alyansın ümumi çəkindirmə gücünün və müdafiə səylərinin gücləndirilməsi;

Strateji risklər: Avro-Atlantik regionunun üzləşdiyi təhdid və çətinliklər;

Regional böhranlar: Ukraynadakı cari vəziyyət və NATO-nun cənub cinahındakı son hadisələr.

Məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə müttəfiq dövlət və hökumət başçıları səviyyəsində Şimali Atlantika Şurasının iclası 8 iyulda baş tutacaq.

Sammitdə ABŞ Prezidenti Donald Tramp da iştirak edəcək.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər