Stoltenberq: NATO-nun əbədi mövcud olacağına dair heç bir zəmanət yoxdur
NATO-nun keçmiş baş katibi (2014-2024) Yens Stoltenberq bildirib ki, alyansın əbədi mövcudluğuna heç bir zəmanət yoxdur.
Opetativ Media xəbər verir ki, o bu barədə “Der Spiegel" jurnalına verdiyi müsahibədə bildirib.
"Heç kim NATO-nun əbədi mövcud olacağına zəmanət verə bilməz. Amma düşünürəm ki, dövlət və hökumət başçıları indi gələcək ssenarilər barədə daha az spekulyasiya etməli və bunun əvəzinə təcili olaraq lazım olan tədbirlərə diqqət yetirməlidirlər", - deyə o, bildirib.
Stoltenberq hesab edir ki, Avropa NATO üzv dövlətləri "müdafiəyə daha çox sərmayə qoymağa daha tez başlamalı idilər".
"Onlar bunu etməyə başlayıblar və biz, o cümlədən Almaniyada müdafiə xərclərinin əhəmiyyətli dərəcədə artdığını müşahidə etmişik. Amma təbii ki, bütün bunlar daha tez baş verə bilərdi", - keçmiş baş katib bildirib.