Menyu

Konqoda Ebola qurbanlarının sayı 500 nəfəri keçib

Operativ Media
Konqoda Ebola qurbanlarının sayı 500 nəfəri keçib
1 dəq oxu

Konqo Demokratik Respublikasında Ebola virusundan ölənlərin sayı 500 nəfəri ötüb.

Operativ Media xəbər verir ki, bu barədə Konqo Mətbuat Agentliyi (ACP) ölkənin rəsmi məlumatlarına istinadən xəbər yayıb.

Hesabata əsasən, ölkədə indiyədək 1561 təsdiqlənmiş Ebola yoluxması qeydə alınıb.

Yoluxanlardan 506 nəfər həyatını itirib, 253 nəfər sağalaraq xəstəxanadan buraxılıb. Hazırda isə 628 nəfərin müalicəsi davam etdirilir.

Əlaqəli Xəbərlər