Menyu

ABŞ-də isti hava dalğası nəticəsində 25 nəfər ölüb

Şəfa Hüseynli
ABŞ-də isti hava dalğası nəticəsində 25 nəfər ölüb
1 dəq oxu

ABŞ-də təxminən bir həftədir davam edən istilər 25 nəfərin həyatına son qoyub.

Operativ Media xəbər verir ki, bu barədə "NBC News" məlumat yayıb.

Bildirilib ki, Nyu-York şəhərində 378-dən çox insan isti hava ilə əlaqəli xəstəliklər səbəbindən təcili tibbi yardıma müraciət edib. 

Milli Meteorologiya Xidməti (NWS) ölkənin şərq hissəsində istilik xəbərdarlıqlarının davam edəcəyini və Vaşinqton, Filadelfiya, Baltimor, Reyli, Çarlston və Ceksonvil kimi şəhərlərdə rütubətlə birlikdə qəbul edilən temperaturun 37,7 ilə 40,5 dərəcə Selsi arasında olacağını qeyd edib.

Əlaqəli Xəbərlər