Menyu

"Porsche" şirkəti 4000 iş yerini ixtisar edə bilər

Şəfa Hüseynli
"Porsche" şirkəti 4000 iş yerini ixtisar edə bilər
1 dəq oxu

Almaniyanın avtomobil istehsalçısı "Porsche" idarəetmə və inzibati heyətdə 4000-ə qədər iş yerini ixtisar etməyi düşünür.

Operativ Media xəbər verir ki, bu barədə "Bild" qəzeti məlmat yayıb.

Bildirilib ki, şirkət səmərəliliyi artırmaq üçün hərtərəfli yenidənqurma proqramı hazırlayıb. Proqramın iyul ayının sonuna qədər təqdim edilməsi gözlənilir.

"Porsche" optimallaşdırma ehtiyacını əsasən Çin bazarında maliyyə göstəricilərinin azalması, eləcə də böyük investisiyalarla əlaqələndirir.

Əlaqəli Xəbərlər