Bişkekdə ŞƏT Ekspert İşçi Qrupunun XXVI iclası keçirilib
Qırğızıstanda Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Müdafiə Nazirləri Şurası yanında Ekspert İşçi Qrupunun XXVI iclası keçirilib.
Operativ Media xəbər verir ki, bu barədə Qırğızıstan Müdafiə Nazirliyi məlumat yayıb.
Görüşdə Qırğızıstan, Belarus, Hindistan, İran, Qazaxıstan, Çin, Pakistan, Rusiya və Tacikistan müdafiə nazirliklərinin nümayəndə heyətləri iştirak edib.
Tədbir zamanı iştirakçılar təşkilat daxilində hərbi əməkdaşlığın inkişaf etdirilməsinin aktual məsələlərini müzakirə edib, regional təhlükəsizliyin gücləndirilməsinə və birgə tədbirlərin hazırlanmasına xüsusi diqqət yetiriblər.
Görüşün nəticəsi olaraq, iştirakçılar müdafiə qurumları arasında əməkdaşlığın inkişaf etdirilməsinə yönəlmiş bir sıra sənədlər barədə razılığa gəldilər və Ekspert İşçi Qrupunun XXVI iclasının rəsmi protokolunu imzaladılar.