Menyu

Özbəkistan Birinci Beynəlxalq İslam Forumuna ev sahibliyi edəcək

Şəfa Hüseynli
Özbəkistan Birinci Beynəlxalq İslam Forumuna ev sahibliyi edəcək
1 dəq oxu

“İslam Sivilizasiyası: Sülh, Tolerantlıq və Maarifçilik Yolu” mövzusunda Birinci Beynəlxalq İslam Forumu 7-11 iyul 2026-cı il tarixlərində Daşkənd, Səmərqənd və Termezdə keçiriləcək.

Operativ Media bu barədə Özbək mediasına istinadən xəbər verir.

Bildirilib ki, forum dünyanın hər yerindən tanınmış alimləri, dini liderləri, tədqiqatçıları, dövlət xadimlərini, ictimai xadimləri və beynəlxalq təşkilatların nümayəndələrini bir araya gətirərək İslam sivilizasiyasının qlobal inkişafa verdiyi töhfələr, böyük müsəlman mütəfəkkirlərinin elmi irsi və müasir dövrdəki aktuallığı barədə fikir mübadiləsi aparacaq. 

Forumun əsas tədbirləri 7-8 iyul tarixlərində Özbəkistandakı İslam Sivilizasiyası Mərkəzində, daha sonra isə Səmərqənd və Termezdə İmam Buxari, İmam Maturidi və İmam Termizi miraslarına həsr olunmuş beynəlxalq konfranslar keçiriləcək.

Qeyd edək ki, Şeyxülislam Allahşükür Paşazadə I Beynəlxalq İslam Forumunda iştirak edəcək.

Əlaqəli Xəbərlər